Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəni tez və özünə sərfəli şərtlərlə dayandıra bilmədi.
Bu barədə “Euractiv” portalı adı açıqlanmayan Aİ rəsmilərinə istinadən yazır.
Jurnalistlərin mənbələrinə görə, Avropa İttifaqı Ukraynaya münaqişədə qalib gəlməyə kömək edə bilərdi, lakin o, qərar qəbul etmək üçün çox vaxt sərf etdi və Kiyevin əlavə silah tələblərinə məhəl qoymadı. Portalın həmsöhbətləri onu da qeyd ediblər ki, Donald Trampın ABŞ prezidenti seçildiyi 4 ay ərzində Avropa İttifaqı Ukrayna ilə bağlı fəaliyyət strategiyası hazırlamayıb.