Aİ Ukraynaya 1,5 milyard avroluq ilk tranşı köçürübbackend

Avropa İttifaqının 2027-ci ilə qədər Kiyevə 50 milyard avro maliyyə yardımı göstərməsi proqramı çərçivəsində Ukraynaya 1,5 milyard avroluq ilk tranşı köçürüb, Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib. Onun sözləri TASS-a istinadən xəbər verir.

“Bu gün biz Ukrayna fondunun birinci tranşını, Ukraynaya 50 milyard avro dəyərində dəstək proqramımızı köçürdük”, – Borrell bildirib.

Mənbə: TASS