“Politico”nun Avropa Komissiyasının yüksək vəzifəli rəsmilərinə istinadən verdiyi məlumata görə, Avropa İttifaqı Ukraynaya verilən kredit üzrə illik 3 milyard avro faiz ödəyəcək.
Cümə günü Aİ liderləri 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro kredit ayırmaq barədə razılığa gəliblər.
Çexiya, Macarıstan və Slovakiya borc yükünü bölüşmək üçün digər 24 Aİ ölkəsinə qoşulmayacaq, lakin buna mane olmamaq barədə razılığa gəliblər. Sazişin bir hissəsi olaraq, Aİ gələn həftənin əvvəlində 24 Aİ ölkəsinə birgə borc maliyyələşdirilməsi üçün hüquqi çərçivə təqdim edərək sözdə gücləndirilmiş əməkdaşlıq təklif edəcək.














