Aİ və ABŞ Aİ-nin Rusiya nüvə yanacağından asılılığını azaltmaq barədə razılığa gəliblər

ABŞ və Avropa İttifaqı (Aİ) Aİ-nin Rusiyanın nüvə yanacağı və Atom Elektrik Stansiyasına (AES) texniki xidmət xidmətlərindən asılılığını azaltmaq üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Bu barədə TASS agentliyi ABŞ-ın dövlət katibi Entoni Blinken və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrelin iştirakı ilə keçirilən Aİ-ABŞ Enerji Şurasının bəyanatına istinadən yazıb.

Sənəddə deyilir: “Şura nüvə yanacağı və yanacaq dövriyyəsi xidmətləri sahəsində Rusiyadan asılılığı azaltmaq üçün əməkdaşlığı intensivləşdirmək niyyətindədir.

İctimai.az

Oxşar xəbərlər