Avropa İttifaqı (Aİ) rəsmiləri Vyetnama ABŞ-la ticarət danışıqlarında Avropanın maraqlarına zərər verəcək güzəştlərə getməməsi barədə xəbərdarlıq ediblər.
Bu barədə “Reuters” rəsmilərə istinadən məlumat yayıb.
“Makronun səfərindən əvvəl avropalı rəsmilər ölkəyə Ağ Evə güzəştə getməkdə diqqətli olmalarını bildiriblər”, – məlumatda deyilir.