Aİ Yaponiyadan idxal məhdudiyyətlərini aradan qaldıracaq

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı “Fukusima-1” AES-də baş vermiş qəza ilə əlaqədar Yaponiyadan ərzaq tədarükünə daha əvvəl tətbiq edilmiş bütün qalıq məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, belə bir qərar elmi sübutlar, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qiymətləndirməsinin nəticələrini aldıqdan sonra verilib.

Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida Cənubi Koreya prezidenti Yun Sok Yelə söz vermişdi ki, hər hansı problem aşkar edilərsə, Fukusima-1 AES-dən radioaktiv hissəciklərdən təmizlənmiş suyun axıdılması dərhal dayandırılacaq.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər