Avropa İttifaqı (Aİ) İrandakı müharibənin təsirini qiymətləndirmək üçün cümə axşamı, martın 26-da qaz təchizatı üzrə koordinasiya qrupunun iclasını keçirəcək. Bu barədə Reuters agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Aİ-nin qaz təchizatı koordinasiya qrupuna üzv dövlətlərin hökumətlərinin nümayəndələri daxildir. O, Avropaya enerji təchizatının saxlanması və təhlükəsizliyinin monitorinqinə və böhranlar zamanı cavab tədbirlərinin əlaqələndirilməsinə cavabdehdir.










