Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 20 Yanvar faciəsi qurbanlarını yad etdi – FOTOLARbackend

Qanlı 20 Yanvar faciəsindən – Ümumxalq Hüzn Günündən 32 il ötür.

İctimai.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.