2023-cü ildə Almaniya da daxil olmaqla 10 Aİ ölkəsi iqtisadi tənəzzül yaşayır. Bu barədə Avropa Komissiyasının payız iqtisadi proqnozunda deyilir.
Proqnozlara görə, ən əhəmiyyətli azalma Estoniyada gözlənilir – mənfi 2,6%. Almaniya iqtisadiyyatı 2023-cü ilin sonuna qədər 0,3% azalacaq. İrlandiyada iqtisadiyyat 0,9% daralacaq.
Eyni zamanda, ən böyük iqtisadi artım Maltada gözlənilir – üstəgəl 4%. Həmçinin, Xorvatiya iqtisadiyyatı 2,6% artacaq.
Qeyd olunur ki, İsveç iqtisadiyyatının 0,5% azalacağı gözlənilir.
Mənbə: Bloomberg











