ABŞ-ın iştirakı ilə “Şimal axını 2” boru kəmərinin bərpası Avropa İttifaqının maraqlarına uyğun deyil.
RİA Novosti xəbər verir ki, bu barədə brifinqdə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa İtkonen məlumat verib.
“Bu layihə ümumi maraqlara cavab vermir, enerji təchizatının şaxələndirilməsinə töhfə vermir və bu kəmərlə heç vaxt qaz verilməyib”, – AK sözçüsü bildirib.
Aİ-nin mövqeyi ondan ibarətdir ki, qaz kəməri beynəlxalq və Avropa qanunvericiliyinə uyğun işləməlidir.