AK metapnevmovirusa görə Avropada yeni pandemiyanın mümkünlüyünü qiymətləndiribbackend

Hazırda Avropada metapnevmovirusun yayılması səbəbindən baş verə biləcək yeni pandemiyaya hazırlığa ehtiyac yoxdur.

RİA Novosti xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Eva Qrntsirova deyib.

“Biz Çindəki vəziyyətdən xəbərdarıq, tibb agentliyimiz vəziyyəti izləyir, bu yaxın həftələrdə səhiyyə komitəsində də müzakirə ediləcək” dedi AK sözçüsü.

Qrntsirova əlavə edib ki, Avropa İttifaqında aşkarlanmış metapnevmovirus halları ilə bağlı məlumatları indi açıqlaya bilməz.