Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Rusiya ilə müqavilə başa çatdıqdan sonra Avropa şirkətlərinin Ukraynanın qaz tranziti üçün infrastrukturundan istifadə etmək hüququnu açıqlayıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
O qeyd edib ki, Kiyev də buna maraq göstərir.
“Avropa şirkətlərinin Ukrayna infrastrukturundan istifadə etmək hüququ var, buna qarşı heç bir sanksiya yoxdur və Ukrayna tərəfində də maraq var”, – deyə Avropa komissarı bildirib.
Qazın Rusiya Federasiyasından Ukrayna ərazisindən Avropaya tranziti üzrə müqavilə bu ilin sonunda başa çatır. Ukrayna tərəfi onu uzatmaq fikrində deyil.