Avropa üçün müdafiə planının tam razılaşdırılması həftələr çəkə bilər.
Haber Global xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
“Biz aylardan çox həftələrdən danışırıq, çünki təsdiq üçün yalnız Avropa Şurasının təsdiqi lazımdır”, – AK rəhbəri bildirib.
Von der Leyen əlavə edib ki, o, 20-21 mart tarixlərində keçiriləcək növbəti Aİ sammitinə qədər konkret təkliflər təqdim edəcək.
Bu planı von der Leyen martın 4-də təklif edib. Təşəbbüs müdafiə üçün 150 milyard avroya qədər borc alan Aİ ölkələrini əhatə edir. AK bu pulu kapital bazarlarından borc götürmək və sonra onu kredit şəklində dövlətlərə qaytarmaq niyyətindədir. Bu vəsait Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və silahların istehsalına sərf olunacaq.