Polşa, Finlandiya və Baltikyanı ölkələrə miqrant axını “Rusiya və Belarusun hibrid hücumu”dur.
TASS xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ sammitində deyib.
Miqrasiya sammitinin iştirakçıları birbaşa Moskva və Minski “Avropa dəyərlərindən, o cümlədən sığınacaq hüququndan sui-istifadə etməkdə” ittiham ediblər. Aİ liderləri miqrasiya nəzarətini gücləndirəcəklərini vəd ediblər. Avropalı siyasətçilər həmçinin bəyan ediblər ki, Brüssel Rusiya və Belarusla sərhədlərdə istənilən müstəsna antimiqrasiya tədbirini məqbul hesab edəcək.
Oktyabrın 10-da Amerikanın “Politico” qəzeti yazıb ki, bir çox Aİ ölkələri miqrantlarla mübarizə üçün əlavə tədbirləri zəruri hesab edir. Adı açıqlanmayan bir avropalı diplomatın sözlərinə görə, assosiasiya Avropa Komissiyasının yenilənmiş tərkibinə “aydın siqnal göndərilməsinin” tərəfdarıdır ki, Aİ icra orqanı bu istiqamətdə işə başlasın.














