Avropa Komissiyası Rusiya ilə sərhəddə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün əlavə xərcləri ödəmək üçün Finlandiya sərhədçisinə 16 milyon avro ayırıb.
Bu barədə idarənin saytında məlumat verilir.
Qeyd olunur ki, təqdim olunan maliyyə vəsaiti şəxsi heyətin, gediş-gəliş və yaşayış xərclərini, o cümlədən şərq sərhədində təhlükəsizliyin gücləndirilməsi üçün avadanlıqların alınması və sərhəd-keçid məntəqələrində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini əhatə edəcək.