AK Ukraynanın enerji qrupuna qəbul edilməyəcəyini açıqlayıbbackend

Avropa Komissiyasının (AK) nümayəndəsi Anna-Kaisa İtkonen Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Ukrayna Rusiya qazının tranzitinin dayandırılmasından sonra yaradılan Aİ-Slovakiya enerji üzrə texniki qrupuna qoşulmayacaq.

Bu barədə TASS məlumat yayıb.

İtkonenin sözlərinə görə, yaxın həftələrdə qrupun yaradılması ilə bağlı görüş baş tutacaq.

“Qrupa Aİ və Slovakiyanın yüksək vəzifəli şəxsləri daxil olacaq”, – AK nümayəndəsi bildirib.

Ukraynanın qrupda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Itkonen deyib ki, Avropa Komissiyası “Ukrayna tərəfi ilə daim təmasdadır”.

2024-cü ilin avqustunda Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmaqdan imtina etdi və məsələnin “bağlandığını” bəyan etdi. Həmin ilin dekabrında Ukrayna hakimiyyəti bu mövqeyi təsdiqlədi. Yanvarın 1-dən Ukrayna ərazisindən qaz tranziti dayandırılıb.