AK X-ə qarşı xidməti araşdırmaya başlayıb

Avropa Komissiyası qadağan olunmuş məzmunun silinməsi, şəffaflıq və saxta məlumatlarla mübarizə üzrə Avropa standartlarını pozduğu üçün X sosial şəbəkəsi (keçmiş Twitter) ilə bağlı rəsmi araşdırmaya başlayıb.

Bu barədə Avropa Komissiyasının daxili bazar üzrə komissarı Tyerri Breton X-dəki səhifəsində məlumat verib.

O, prosedura dekabrın 18-də başlanıldığına aydınlıq gətirib.

Bu, messencerlərdə və sosial şəbəkələrdəki materiallara da nəzarət edən Avropa Rəqəmsal Xidmətlər Aktı çərçivəsində ilk araşdırmadır. Onun standartlarına görə, X bütün gəlirinin 6%-ə qədər cərimə ala bilər və AK-nin göstərişlərini yerinə yetirməkdən imtina edərsə, sosial şəbəkə Avropa İttifaqı ölkələrində bloklana bilər.

Mənbə: Haberler.com

Related Post