CSKA Moskvanın qapıçısı İqor Akinfeev bütün turnirlərdə ordu komandasının heyətində 70 min dəqiqə oynayıb.
Bu barədə komandanın mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Akinfeyev bu nailiyyətə Rusiya Premyer Liqasında (RPL) “Fakel Voronej”lə matçda nail olub. Voronejlə qarşılaşma Akinfeyevin CSKA formasında 780-ci oyunu olub.
CSKA üçün heç kim meydanda 70 min dəqiqə keçirməyib.
Görüş 0:0 hesabı ilə başa çatıb.