SSRİ xalq artisti, sovet və rus aktrisası Yuliya Borisova 98 yaşında vəfat edib. Bu barədə Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının saytında məlumat verilib.
Aktrisanın onunla vidalaşmanın ailə dairəsində olmasını arzuladığı bildirilir.
“Yuliya Konstantinovna Novodeviçi qəbiristanlığında əri İsay Spektorun və onların oğlu Aleksandrın yanında dəfn olunacaq”, – nəşr yazır.
Mənbə: RİA Novosti













