Aktual Tədris Mərkəzi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayıbbackend

Yeni fəaliyyətə başlamasına baxmayaraq, qısa zamanda ictimaiyyətin rəğbətini qazanan Aktual Tədris Mərkəzi yenilikləri ilə seçilməyə davam edir.

Əməkdaşlıq çərçivəsində əldə edilmiş razılığa əsasən, tələbə və gənclərin inkişafı məqsədilə karyera mərkəzi yaradılacaq, universitetin tələbələri üçün müəllimlərin işə qəbulu, dövlət qulluğuna qəbul, magistratura imtahanına hazırlıq proqramları təqdim ediləcək.

Qeyd edilən xidmətlərdən yararlanacaq Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələri Aktual Tədris Mərkəzi tərəfindən təklif olunan güzəştlər və endirim kampaniyalarıdan yararlana biləcəklər.

Mərkəz tərəfindən bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək.