Aktyor Bill Kosbi keçmiş Playboy modelini zorlamaqda ittiham olunurbackend

Aktyor və teleaparıcı Bill Kosbi keçmiş Playboy modelini zorlamaqda ittiham olunur.

Bu barədə “People” məlumat yayıb.

Keçmiş model Viktoriya Valentino Los-Anceles dairəsinin Ali Məhkəməsində iddia qaldırıb. İddiada qadın iddia edir ki, 85 yaşlı aktyor 1969-cu ildə Los-Anceles restoranında yolları kəsişdikdən sonra ona narkotik verib və zorlayıb.

Valentino bildirib ki, Kosbinin 6 yaşlı oğlunun ölümünə ağladığını görüb ona yaxınlaşıb. Keçmiş Playboy modelinin sözlərinə görə, teleaparıcı ona həb verib və bundan sonra qadının özünü yaxşı hiss edəcəyini bildirib. Valentino iddia edir ki, həb üzündən özünə nəzarəti itirib, bundan sonra aktyor onu zorlayıb.

Mənbə: Haberturk