Aktyor Tommi Li Consun qızı ölü tapılıbbackend

TMZ-nin məlumatına görə, amerikalı aktyor və rejissor Tommi Li Consun qızı Kaliforniyadakı Fairmont San Fransisko otelində ölü tapılıb.

Nəşr qeyd edir ki, 34 yaşlı Viktoriya zəngə cavab verən təcili yardım işçiləri tərəfindən ölü elan edilib.

Nəşr bildirir ki, “Ölüm səbəbi hələlik məlum deyil və rəsmilər əlavə məlumat verməyiblər”.