Bu gün gənc aktyor Tural Ələkbərovun doğum günüdür.
İctimai.az xəbər verir ki, aktyoru təbrik edənlər arasında sənət dostları və yaxınları iştirak edirlər.
Ələkbərov Tural Adil oğlu 1992-ci ildə İmişli rayonunda anadan olub. Orta təhsilini İmişli rayon 2 saylı orta məktəbdə oxuyub. 2009-2013 ci illərdə Azərbaycan dövlət Mədəniyyət və İncəsənət üniversetinin Rejissorluq və Aktyorluq fakültəsini bitirib.
2012 – 2014 ci illərdə Bakı Uşaq və Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib.
Teatrda oynadığı tamaşalar:
Həyatla Oyun – Duman
Şirek və dostları – Cery
Göyçək Fatma – Şəhzadə
Ağıllı Tülkü – Vəzir
Fidan və Qoğal – Yorgan
Turp – Baba
Quruluş verdiyi tamaşlar
Dələduz Siçanlar
Rol aldığı seriallar
Cehizsiz Gəlinlər – Elşən 2016 (Xəzər Tv)
Ata ocağı – Cavad 2018 ( Xəzər Tv)
Bir Qadın – Elşən 2019 (Atv)
13-cü mənzil – Davud 2021 ( Xəzər tv )
Eşqə Düşdük – 2022 ( Atv )
Rol aldığı filmlər
Suqra və Oğulları – Qaçaq 2020
Sən Demə – Tural