Fox News-un məlumatına görə, amerikalı violonçel ifaçısı Brayan Kinq Cozef Hollivud aktyoru və musiqiçisi Uill Smiti cinsi təcavüzdə ittiham edərək Los-Anceles məhkəməsində iddia qaldırıb.
Məhkəmə sənədlərində qeyd olunur ki, faktlar Smitin cinsi istismar məqsədilə qəsdən Cozefin etimadını qazandığını göstərir.
İddia ərizəsində deyilir: “Hadisələrin ardıcıllığı, Smitin əvvəlki ifadələri və otel otağına giriş şərtləri tək bir hadisə deyil, yırtıcı davranış nümunəsini göstərir”.















