Aktyor və kaskadyor Qari Kent vəfat edibbackend

Aktyor, rejissor və kaskadyor Qari Kent 89 yaşında vəfat edib.

Aktyorun ölümü Texasdakı qocalar evində baş verib. Onun dünyasını dəyişməsi xəbərini Kentin oğlu da təsdiqləyib.

Aktyor 1933-cü ildə Vaşinqtonun Uolla Uolla şəhərində anadan olub. Kentin ilk aktyorluq rolu 1959-cu ildə gəldi və sonrakı onilliklər ərzində bir neçə rol oynasa da, o, kaskadyor kimi yadda qalıb. Kent bir neçə xəsarət alması nəticəsində kaskadyor kimi işini tərk edib, sonra kaskadyor koordinatoru kimi fəaliyyət göstərib.

Quentin Tarantino, “Bir Zamanlar Hollivudda” filminin ssenarisini hazırlayarkən Kentdən ilham almışdı. Kaskadyor Bred Pittin canlandırdığı Cliff Booth obrazının prototipinə çevrildi. Ssenari üçün Tarantino Kentdən müsahibə alıb, orada həyatı və peşəsi haqqında danışıb.

Mənbə: Sputnik