Harvard Universitetinin alimi Avi Loebin sözlərinə görə, ulduzlararası obyekt 3I/ATLAS süni mənşəli əlamətləri göstərib. O, müvafiq məzmunlu bloq yazısı dərc edib.
O, “Astronomer’s Telegram” portalındakı məqaləyə münasibət bildirib. Bildirilib ki, noyabrın 11-də çəkilmiş şəkillərdə ulduzlararası cismin Günəşin yaxınlığından keçdikdən sonra belə parçalanmasının heç bir əlaməti yoxdur.
“Təbii kometa üçün 3I/ATLAS-ın tək bədən olaraq qalması təəccüblüdür”, – mütəxəssis qeyd edib.
Loeb vurğuladı ki, bu fakt 3I/ATLAS üçün yeni bir anomaliya ortaya qoyur.














