Aliment Fondunun yaradılması ilə bağlı növbəti ictimai dinləmə proqramı həyata keçirilibbackend

Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi 28 iyul tarixində Aliment Fondunun yaradılması ilə bağlı növbəti ictimai dinləmə proqramı həyata keçirdi.Tədbiri giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirdi ki ,son üç ay ərzində  “Aliment Fondu”-nun yaradılması ilə bağlı ictimai vəkillik proqramı həyata keçirir.Proqram çərçivəsində uşaq və qadın hüquqlarının təşviqinə hesablanan video çarxlar və ölkə ictimaiyyətində nüfuzlu ictimai şəxslərin “Aliment Fondu”-nun yaradılmasının sosial əhəmiyyəti mövzusunda müsahibələri dərc olunubdur.Burada əsas məqsəd dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinin nəticəyönümlü olmasına hesablamaq və əlaqəli orqanları bu işə təşviq etməkdir.

Qeyd etmək istərdik ki ,Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir. Tədbirdə 40-dan çox QHT rəhbəri ,media nümayəndələri və beynəlxalq təşkilatların ekspertləri iştirak etmişdir.