2023-cü ilin iyun ayından bəri hər ay Yer kürəsində əvvəlki ilə müqayisədə daha isti olub və nəticədə orta qlobal temperatur iqlim sabitliyi səviyyəsindən 1,64°C yuxarı olub. Təşkilatın saytında verilən məlumata görə, Avropa İqlim Müşahidə Xidməti Kopernik (C3S) ekspertləri bu qənaətə gəliblər.
Alimlər bildiriblər ki, 12 aylıq temperatur rekordları qismən Sakit Okeanın tropik şərqində suların normaldan daha istiləşdiyi El Nino iqlim fenomeni ilə bağlı olub. Bu amil 2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər qüvvədə olub.
“İqlim bizə meydan oxumaqda davam edir – son 12 ayda əvvəllər heç vaxt görülməmiş rekordlar qeydə alınıb – ilk növbədə istixana qazları emissiyaları və Sakit okeanın tropik hissəsində El Nino fenomeni ilə idarə olunur” dedi C3S direktor müavini Samanta Burgess.
Mənbə: Haber.com