Alimlər 2050-ci ilə qədər bütün dünyada xərçəng xəstəliyinin artacağını proqnozlaşdırırlarbackend

Avstraliyanın Çarlz Sturt Universitetinin alimləri xərçəngə yoluxanların sayının 76,6% – 2022-ci ildəki 20 milyondan 2050-ci ildə 35,3 milyona qədər artacağını proqnozlaşdırıblar. Araşdırmanın nəticələri JAMA Network Open jurnalında dərc olunub.

185 ölkə və ərazidə 36 növ xərçəng xəstəliyinə yoluxma hallarının təhlili də göstərdi ki, ölənlərin sayı da 89,7% artaraq 9,7 milyondan 18,5 milyona yüksələcək.

Alimlər əhalinin sağlamlığının, təhsilinin və gəlirlərinin orta səviyyəsini əks etdirən İnsan İnkişafı İndeksinin (İİİ) müxtəlif səviyyələrinə malik ölkələr arasında xərçəng xəstəliyinə tutulma dinamikasında ciddi fərqlər müəyyən ediblər. Beləliklə, İİİ aşağı olan ölkələrdə yeni xərçəng hadisələrinin sayı demək olar ki, üç dəfə artaraq 142,1%, ölüm halları isə 146,1% arta bilər. Çox yüksək İİİ olan ölkələrdə xəstələnmə və ölüm göstəricilərində nisbətən kiçik artım gözlənilir – müvafiq olaraq 41,7% və 56,8%.

Mənbə: JAMA Network Open