Bitki mənşəli qidalarla zəngin pəhrizlər arıqlamağa kömək edir və sağlamlığı yaxşılaşdırır. Tədqiqat European Journal of Clinical Nutrition-da dərc edilib.
Təcrübədə 223 kilolu insan iştirak etdi, onların yarısı 16 həftə ərzində tərəvəz, meyvə, paxlalılar və taxıllarla zəngin az yağlı pəhriz izlədi, nəzarət qrupu isə pəhrizlərində heç bir dəyişiklik etməyib.
16 həftə ərzində pəhriz qrupunun iştirakçıları, əsasən, əzələ kütləsindən daha çox visseral və dərialtı yağın (4,1 kq) azalması səbəbindən orta hesabla 5,9 kq arıqladılar.
Mənbə: Gazeta.ru
