Konnektikut Universitetindən olan amerikalı alimlər müəyyən ediblər ki, natrium valerat (bağırsaqlarda bakteriyalar tərəfindən istehsal olunan qısa zəncirli yağ turşusu) həddindən artıq içməyə meyli və qanda etanolun konsentrasiyasını əhəmiyyətli dərəcədə azalda bilər. Tədqiqat Microbiome elmi jurnalında dərc olunub.
Qrup laboratoriya siçanlarında qısa zəncirli yağ turşularının spirt istehlakına təsirini ətraflı araşdırıb.
Təcrübələr göstərmişdir ki, gəmiricilərə natrium valeratın verilməsi spirt istehlakını 40%, qanda etanolun səviyyəsini isə 53% azaldır.
Mənbə: Gazeta.ru