Alimlər beyindəki qan axınını bədənin qalan hissəsindən ayırmağın yolunu tapıblar

Alimlər beyində qan axınını bədənin qalan hissəsindən təcrid edə bilən cihaz yaradıblar.

Beynin öyrənilməsində inqilab yarada biləcək tədqiqat Scientific Reports jurnalında dərc olunub.

Cihaz beyində dolaşan qanı xüsusi nasos vasitəsilə orqana yönləndirərək işləyir. Mexanizm qan təzyiqi, temperatur, oksigen və qida səviyyələri də daxil olmaqla, beyin funksiyasını qorumaq üçün zəruri olan bir sıra parametrlərə nəzarət edir.

Donuz beyinləri üzərində sınaqdan keçirildikdə, cihaz beş saat ərzində beyin fəaliyyətini və sağlamlığını qoruyub. Yeni üsul bədəndən asılı olmayaraq beyində baş verən dəyişikliklərə diqqət yetirən tədqiqatlara imkan verir. Alimlər artıq bu sistemdən qan şəkərinin aşağı olmasının digər amillərin olmadığı halda təsirini öyrənmək üçün istifadə ediblər. Məsələ burasındadır ki, laboratoriya heyvanlarında qida qəbulunu məhdudlaşdırmaqla və ya onlara insulin verməklə qan şəkərinin səviyyəsini aşağı salmaq mümkün olsa da, orqanizm maddələr mübadiləsini dəyişdirərək, nəticələri təhrif etməklə kompensasiya edə bilər. Yeni cihaz beyinə göndərilən qan şəkərinin səviyyəsini idarə etməyə imkan verir.

Mənbə: haberler.com

Oxşar xəbərlər