Alimlər beynin istiqamət hissini necə idarə etdiyini izah ediblərbackend

Harvard Tibb Məktəbinin alimləri üç fərqli neyron qrupunun meyvə milçəklərində beynin “daxili kompası” və onun nəzarət bölgələri arasında əlaqəyə vasitəçilik etdiyini aşkar ediblər. Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.

İnsanlarda və heyvanlarda istiqamət hissini inkişaf etdirmək üçün daxili və xarici məlumatlardan istifadə edən beyin hüceyrələrindən ibarət “daxili kompas” var. Alimlər bu “kompasın” yaddaş və diqqətdən məsul olan beynin idarəetmə sistemləri ilə funksional olaraq necə əlaqəli olduğunu anlamağa çalışdılar.

Kiçik ölçülərinə baxmayaraq, meyvə milçəklərinin mürəkkəb beyinləri və davranışları var. Elm adamları onları tədqiqat üçün seçdi, çünki nəticələr insanlarda oxşar ola bilər.

Mənbə: Lenta.rh