Miçiqan Universitetinin alimləri bütün canlıların niyə yavaş və sürətli yuxu arasında növbələşdiyini öyrəniblər. Tədqiqatın göstərdiyi kimi, bu struktur yaddaşların qorunmasında və “təmizlənməsində” əsas rol oynayır.
Nəticələr PLOS Computational Biology jurnalında dərc olunub.
İş zamanı alimlər yuxuda olan siçanların beyinlərini müşahidə edərək, yaddaşla bağlı olan hipokampusda neyronların davranışını öyrəniblər. Məlum olub ki, yavaş yuxu mərhələsində son hadisələri birləşdirən neyronlar aktivləşir və sürətli yuxu mərhələsində beyin yaddaşların aydınlığını qorumaq üçün lazımsız əlaqələri “kəsir”. Müəlliflərin fikrincə, bu nizamı pozmaq yaddaşı gücləndirməyə deyil, əksinə onu silə bilər.