Alimlər çay əsasında ucuz antimikrob filmlər yaradıblarbackend

Karnataka Linqayat Universitetinin hindistanlı alimləri yaşıl çaydan ucuz antibakterial birləşmələr istehsal etmək üçün texnologiya hazırlayıblar. Tədqiqat “International Journal of Biomedical Nanoscience and Nanotexnology” (IJBNN) elmi jurnalında dərc olunub.

Mütəxəssislər çay ekstraktlarından istifadə edərək, nişasta əsasında bitki maddəsində olan gümüş nanohissəciklərin daxil olduğu antimikrobiyal polimer filmi yaradıblar.

Alimlərin fikrincə, yaranan birləşmələrin tərkibində polifenol birləşmələri də var. Antioksidant və iltihab əleyhinə xüsusiyyətlərinə görə antiseptik təsirini artırırlar.

Mənbə: “International Journal of Biomedical Nanoscience and Nanotexnology”