Dünyada 15 yaşdan 49 yaşa qədər demək olar ki, 850 milyon insan əsasən cinsi əlaqə yolu ilə ötürülən herpes formalarının daşıyıcısıdır.
TASS bu barədə alimlərin cinsi yolla ötürülən infeksiyalar üzrə araşdırmasına istinadən yazır.
Həkimlərin apardığı təhlillər göstərib ki, 376 milyon insan HSV-1 herpes virusunun, 519 milyon nəfər isə HSV-2 daşıyıcısıdır. Təxminən 204 milyon insan hər il ən azı bir infeksiya epizodu yaşayır.
Eyni zamanda, hər il 16,8 milyon insan HSV-1 herpes virusuna, 25,6 milyon insan isə HSV-2 virusuna yoluxur, tədqiqatda deyilir.
Mütəxəssislərin fikrincə, herpes virusunun bu formalarının yayılmasının qarşısını almağa yönəlmiş vaksinlərin və proqramların hazırlanmasına təcili ehtiyac var.















