1500-dən çox alimdən ibarət beynəlxalq qrup müəyyən edib ki, dünyada piylənmədən əziyyət çəkən uşaq, yeniyetmə və böyüklərin ümumi sayı 1 milyardı ötüb. Bu barədə “The Lancet” elmi jurnalında dərc olunan analitik hesabatda deyilir.
Araşdırmaya görə, uşaqlar və yeniyetmələr arasında qlobal piylənmə nisbətləri 1990-cı ildən 2022-ci ilə qədər dörd dəfə artıb.
Yetkinlər arasında piylənmə nisbətləri qadınlarda iki dəfədən çox, kişilərdə isə təxminən üç dəfə artmışdır. Ümumilikdə, 2022-ci ildə 159 milyon uşaq və yeniyetmə və 879 milyon böyük (504 milyon qadın və 374 milyon kişi) piylənmə ilə yaşayırdı.
Mənbə: Gazeta.ru