Britaniya Kolumbiyası Universitetinin (UBC) kanadalı alimləri küçədə yaşayanlar bütün pullarını alkoqol və narkotikə xərcləməyə meylli olduğundan, hətta böyük məbləğdə pulun belə evsizlərin vəziyyətini yaxşılaşdıra bilməyəcəyinə dair ümumi stereotipi təkzib ediblər. Tədqiqat Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunub.
Aztəminatlı insanlara maddi yardımın faydasız və hətta zərərli olması fikri cəmiyyətdə geniş yayılıb. ABŞ-da 1,1 min insan arasında aparılan sorğunun göstərdiyi kimi, respondentlərin 81%-i əmindir ki, evsizə 7,5 min dollar verilsə, o zaman hər şey alkoqol, siqaret və narkotikə xərclənəcək.
Bu fərziyyə praktikada Torontoda sınaqdan keçirildi: UBC İctimai Dəyişiklik Fondu ictimai təşkilatı ilə birlikdə 50 evsiz şəhər sakininin hər birinə 7,5 min dollar yardım etdi və sonra bir il ərzində onların hərəkətlərini müşahidə etdi. Psixoaktiv maddələrdən, alkoqoldan ciddi asılılığı olan və psixi pozğunluqlardan əziyyət çəkən insanlar eksperimentdə iştirak etməyiblər.
Mənbə: A Haber

