Alimlər gündə iki fincan qəhvənin ömrü uzada biləcəyini müəyyən ediblərbackend

Tədqiqat nəticəsində məlum olub ki, iki-üç fincan qəhvə içmək vaxtından əvvəl ölüm riskini azalda bilər. Bu barədə Daily Mail məlumat yayıb.

Elm adamları gündə ən azı altı saatı masa arxasında keçirən ofis işçilərinin məlumatlarını təhlil ediblər. Əgər gündə iki-üç fincan qəhvə içsələr, onların ölüm riski 33% az idi.

Tədqiqatçılar hesab edirlər ki, qəhvənin güclü antiinflamatuar təsiri hər gün uzun müddət oturmağın vurduğu zərəri kompensasiya edə bilər. Gündə altı-səkkiz saat oturmağın ürək xəstəlikləri, diabet və xərçənglə əlaqəli olduğu bilinir.

Mənbə: Daily Mail