Fiziki fəaliyyət hər gün eyni vaxtda edilərsə, oynaqları və sümükləri daha təsirli şəkildə gücləndirir. Mançester Universitetinin alimləri belə nəticəyə gəliblər.
Tədqiqat Nature Communications (NatCom) jurnalında dərc olunub.
Gəmiricilər üzərində aparılan təcrübələr göstərdi ki, qeyri-müntəzəm, gözlənilməz fəaliyyət sümüklərin və qığırdaqların zədələnməsinə səbəb olub. Bunun əksinə olaraq, fiziki fəaliyyətin ardıcıl cədvəli bədənin sirkadiyalı ritmlərini dayaq-hərəkət sistemi ilə sinxronlaşdırmağa kömək etdi.
Alimlər qeyd edirlər ki, səhər idmanı beynin işığa həssas mərkəzlərini aktivləşdirir, orqanizmə “oyanmaq” siqnalını verir və dayaq-hərəkət sistemini stimullaşdırır. Tədqiqatçıların fikrincə, sirkadiyalı tsikllər təkcə ürək və piy hüceyrələrində deyil, həm də fəqərəarası disklərin toxumalarında və qığırdaqlarda müşahidə olunur. Bu ritmlərin pozulması xəstəlik riskinin artması ilə əlaqələndirilir.













