Leicester Universitetinin alimləri müəyyən ediblər ki, gecə saatlarında təyyarə səs-küyünə məruz qalan insanlar, hətta tam gecə yatsalar belə, yuxu pozğunluğuna və sirkadiyalı ritm pozğunluğuna həssas olurlar. Araşdırmanın nəticələri Environmental Health Perspectives (ENP) jurnalında dərc olunub.
Alimlər İngiltərənin əsas hava limanları: London Hitrou və Qatvik, eləcə də Mançester və Birmingem yaxınlığında yaşayan 80 min könüllünün sağlamlığı və yuxu keyfiyyəti ilə bağlı məlumatları təhlil ediblər. Tədqiqatda bioloji nümunələrin Böyük Britaniya anbarı olan UK Biobank-ın məlumatlarından istifadə edilib.
İkinci mərhələdə tədqiqatçılar iştirakçıların yatarkən hərəkətlərini izləmək üçün saata bənzər taxıla bilən texnologiyadan istifadə ediblər. Bu üsul aktimetriya kimi tanınır. Məlumat 2013-2015-ci illər arasında iştirakçıların təxminən 20%-i üçün toplanıb. Onlar həmçinin 2006-2013-cü illər arasında doldurulmuş sorğu vərəqlərindən istifadə ediblər, burada iştirakçılar yuxularının keyfiyyəti, müddəti və gün ərzində istirahət edib-etmədikləri barədə məlumat paylaşıblar.
Mənbə: Haberler.com