Alimlər ilk dəfə olaraq insan beynində “neyron kompas”ın harada yerləşdiyini aşkar ediblərbackend

Böyük Britaniyanın Birmingem Universiteti və Almaniyanın Münhen Universitetindən olan beynəlxalq nevroloqlar qrupu ilk dəfə olaraq insan beyninin kosmosda hərəkət etməyə imkan verən sahələrini müəyyən ediblər. Tədqiqat Nature Human Behavior (NHB) elmi jurnalında dərc olunub.

Alimlərin fikrincə, insan və heyvanların “neyron kompası” beynin bir neçə hissəsindən istifadə edən mürəkkəb sistemdir.

Komanda iki təcrübə keçirdi. Birincidə 52 sağlam insan iştirak etdi. Könüllülərdən elektroensefaloqramma vasitəsilə beyin fəaliyyəti oxunarkən müxtəlif hərəkətləri izləmək istənilib.

Mənbə: Lenta.ru