Alimlər ilk dəfə olaraq qız uşaq sahibi olmaq şansını artıran mutasiya aşkar ediblərbackend

Alimlər qız uşaq sahibi olma ehtimalını artıran mutasiya aşkar ediblər. Bəzi cütlərin niyə yalnız qızları olduğunu izah edə bilər. Tədqiqatın nəticələri Proceedings of the Royal Society B: Biological Sciences (Proc. R. Soc. B) jurnalında dərc olunub.

Hər il təxminən eyni sayda oğlan və qız doğulur. Amma bəzi ailələrdə bəzi cütlüklərin dörd və ya daha çox qızları olur və oğlanları yoxdur, bəziləri isə yalnız oğlan uşağı olur, qızları yoxdur. Elm adamları onilliklər ərzində cins nisbətinin genetik əsaslarını araşdırdılar, lakin qəti bir səbəb tapmadılar. Bu, bəzi alimləri ana bətnində olan uşağın cinsiyyətinin valideynlərin mutasiyalarından təsirlənmədiyini düşünməyə vadar edib.

“Lakin bu ssenari bizə çətin göründü, çünki demək olar ki, bütün insan xüsusiyyətləri mutasiyalara və genetik dəyişikliklərə məruz qalır” dedi alimlər.

Yeni işin müəllifləri irəli sürdülər ki, əvvəllər genetik mutasiyaları tapmaq mümkün deyildi, çünki insanların adətən az övladı olur. Bu, həqiqi cins nisbətini qiymətləndirmək üçün kifayət deyil.

Mənbə: haberler.com