Alimlər ilk dəfə olaraq yuxu zamanı insanlar arasında ikitərəfli əlaqə qura biliblər. Bu barədə Daily Mail REMspace şirkətinə istinadən yazır.
Nəşrin məlumatına görə, alimlər xüsusi avadanlıqdan istifadə edərək evin müxtəlif yerlərində yatan iki nəfərin şüurunu birləşdirə biliblər və onlar mesaj mübadiləsi aparıblar.
REMspace-in CEO-su və qurucusu Michael Raduga dedi ki, əvvəllər yuxulardakı ünsiyyət elmi fantastika kimi görünsə də, sabah adi hala çevrilə bilər.
Təcrübə iştirakçılarının beyin dalğaları məlumatları uzaqdan serverə ötürən cihaz vasitəsilə izlənilib. Subyektlərdən biri aydın yuxuya girən kimi server təsadüfi bir söz yaratdı və onu qulaqlıq vasitəsilə tədqiqat iştirakçısına ötürdü. Eksperimentin ikinci iştirakçısı oyananda sözü təkrar edə bilib.
Mənbə: haberler.com














