Alimlər insanların niyə üçüncü göz qapağının olmadığını izah ediblərbackend

Bristol Universitetinin britaniyalı alimləri insanların üçüncü göz qapağının bir çox heyvan növlərində qorunub saxlanılmasına baxmayaraq, niyə itirdiyini izah ediblər. Məqalə “The Conversation” elmi nəşrində dərc olunub.

Üçüncü göz qapağı konyunktivanın bir qatıdır, gözün açıq qalan ağlarını əhatə edən nazik, nəmli qişadır. O, məməlilərin, quşların, sürünənlərin, suda-quruda yaşayanların və balıqların bir çox növlərində olur.

Tədqiqatlar göstərdi ki, bu qat yuxarı və aşağı göz qapaqları ilə eyni funksiyanı yerinə yetirir – gözləri qoruyur və gözlərdən zibil çıxarır. Bundan əlavə, üçüncü göz qapağı göz yaşlarını göz almasının səthinə paylayır, onun qurumasına mane olur.

Mənbə: The Conversation