Norveçin Nord Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Şimal Buzlu Okean və Şimali Atlantikada bəzi balıq növlərinin yerli nəslinin kəsilməsi təhlükəsi barədə xəbərdarlıq edib. Tədqiqat Nature Communications (NatComms) elmi jurnalında dərc olunub.
Proqnozlara görə, bu əsrin sonunadək iqlimin istiləşməsi ilə əlaqədar Arktika zonasında əsas balıq növlərinin biokütləsində əhəmiyyətli dəyişikliklər olacaq. Demersal və ya dibdə yaşayan balıqlar şərq enliklərində sərin sığınacaq tapmasalar, tamamilə yox ola bilərlər.
Alimlərin qənaətləri 2004-cü ildən 2022-ci ilə qədər 16,3 min elmi trolun məlumatlarına əsaslanır. Komanda 2050 və 2100-cü illər üçün üç mümkün iqlim ssenarisi altında biokütlədə gələcək dəyişiklikləri qiymətləndirmək üçün qabaqcıl modelləşdirmə üsullarından istifadə edib.
Mənbə: Gazeta.ru