Alimlər iştahı idarə etmək üçün yeni mexanizm kəşf ediblərbackend

Leypsiq Universitetinin və Berlindəki Charite Xəstəxanasının tədqiqatçıları MRAP2 zülalının beyindəki aclıq və enerji balansını tənzimləməkdən məsul olan MC4R reseptoruna necə təsir etdiyini aşkar ediblər. Tədqiqat Nature Communications (NatCom) jurnalında dərc olunub.

MC4R α-MSH hormonu tərəfindən aktivləşdirilir və iştahın yatırılmasında əsas rol oynayır. Bu reseptoru kodlayan gendəki mutasiyalar şiddətli piylənmənin ən çox yayılmış genetik səbəblərindən biri hesab olunur. Alimlər nümayiş etdirdilər ki, MRAP2 zülal MC4R-ni hüceyrə səthinə “daşımaq” üçün lazımdır, burada reseptor toxluq siqnallarını daha effektiv ötürə bilər.

Tədqiqat canlı hüceyrələrdə MRAP2 və MC4R arasındakı qarşılıqlı əlaqəni müşahidə etmək üçün müasir flüoresan mikroskopiya və biosensorlardan istifadə edib. Müəlliflərin fikrincə, aşkar edilmiş mexanizm MRAP2-nin təsirini təqlid edə bilən və bununla da piylənmə və əlaqəli metabolik pozğunluqlarla mübarizə aparmağa kömək edə biləcək yeni terapevtik strategiyalara yol açır.