Diabetin qarşısını almaq üçün şəkər, duz və yağ qəbulunu minimuma endirmək lazımdır.
Bunun üçün zərərli məhsullardan imtina etmək lazımdır, “Rossiyskaya qazeta” Britaniyanın “Pronews.gr” nəşrinə istinadən yazıb.
“Böyük Britaniyada 40 yaşdan yuxarı hər 10 nəfərdən biri şəkərli diabetdən əziyyət çəkir”, – nəşr yazır.
Britaniyalı elm adamları qan şəkərinin səviyyəsinin sıçrayışının düzgün olmayan pəhrizdən qaynaqlandığını qeyd ediblər. Üstəlik, sağlam hesab edilən məhsullar təhlükəlidir. Bunlara: kartof, üzüm, quru meyvələr, meyvə şirəsi, suşi daxildir.