Alimlər kosmosda həyatın mövcudluğunu etiraf ediblərbackend

Harvard Universitetinin amerikalı astrobioloqları kosmosda planetdənkənar həyatın mövcud ola biləcəyi mühiti simulyasiya ediblər.

Tədqiqat arXiv resenziyasız elmi materiallar portalında dərc edilib.

Planetlər həyat axtarmaq üçün ideal yerlər kimi görünsə də, orqanizmlər nəzəri olaraq bir sıra şərtlər nəzərə alınmaqla böyük göy cisimlərindən kənarda inkişaf edə bilər.

Tədqiqatçıların fikrincə, kosmosdakı istənilən bioloji icma bir neçə problemi həll etməlidir. Birincisi, ətrafdakı vakuuma müqavimət göstərərək daxili təzyiqi saxlamalıdırlar. Buna görə koloniyanın bir membran və ya qabıq meydana gətirməsi lazımdır.