Alimlər laboratoriyada insanın mini ağciyərlərini yetişdiriblərbackend

Mançester Universitetinin britaniyalı alimləri kök hüceyrələrdən insan ağciyərlərinin mini-versiyasını yaradıblar. Onlar canlı toxumaların müxtəlif nanomaterialların təsirinə reaksiyasını təqlid edə bilirlər. Araşdırma “Nano Today” elmi jurnalında dərc olunub.

Orqanoidlər adlanan bu orqan modelləri üçölçülü bioloji strukturlardır. Onlar müxtəlif ağciyər xəstəliklərinin, o cümlədən kistik fibroz, ağciyər xərçəngi və COVID-19-un təsirlərini daha yaxşı başa düşmək üçün istifadə olunur.

Yeni araşdırmada mütəxəssislər karbon əsaslı nanomaterialların orqanoidlərə təsirini araşdırıblar.

Mənbə: Haberler.com